Menyu

Xidmət rəisi: Azərbaycan Əfqanıstanın sabitliyi ilə bağlı dəstəyini əsirgəməyib

Xidmət rəisi: Azərbaycan Əfqanıstanın sabitliyi ilə bağlı dəstəyini əsirgəməyib
1 dəq oxu

Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib.

Operativ Media xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Bakıda Əfqanıstanla bağlı tədbirdə deyib.

O bildirilib ki, Azərbaycan bu istiqamətdə səylərini heç bir vaxt əsirgəməyib:

"Əfqanıstana transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı apardığı mübarizədə dünya ölkələrinin hərtərəfli dəstək verməsi zəruridir"

Əlaqəli Xəbərlər