Bakıda restoranda yanğın söndürülüb - YENİLƏNİB
Əsəd Abbaslı
Bakıda restorandakı yanğının qarşısı alınıb.
Bu barədə Operativ Media-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Səbail rayonu, Nizami küçəsində restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
19:20
Bakıda restoran yanır.
Bu barədə Operativ Media-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net