Menyu

Avtomobili nömrəsiz idarə edən narkotik aludəçisi həbs edilib - VİDEO

Avtomobili nömrəsiz idarə edən narkotik aludəçisi həbs edilib - VİDEO

Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində dövlət qeydiyyat nişansız idarə olunan “VAZ” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb. Avtomobili idarə edən Mirağa Miriyevin sənədləri yoxlanılarkən hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.

Bu barədə Operativ Media-ya DİN məlumat verib.

Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunduğu üçün M.Miriyev məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Teqlər:

"Avtomobili n\u00f6mr\u0259siz idar\u0259 ed\u0259n narkotik alud\u0259\u00e7isi h\u0259bs edilib - V\u0130DEO"

Əlaqəli Xəbərlər