Menyu

Ağcabədidə minik maşını traktorla toqquşub

Əsəd Abbaslı
Ağcabədidə minik maşını traktorla toqquşub
1 dəq oxu

Ağcabədi rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki nəfərin həyatına son qoyub.

Operativ Media xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Məlumata görə, minik maşınının traktorla toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, Salyan rayonu Qaraçala qəsəbə sakini, 2002-ci il təvəllüdlü Əmirəliyev Şamil Pənah oğlu və sərnişini, Qazax rayonunun Qaymaqlı kənd sakini, 2002-ci il təvəllüdlü Əhmədov Vaqif Valeh oğlu hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər