Menyu

Birinci siniflərə sənəd qəbulu davam edir, 10 min şagird qeydiyyatdan keçib - YENİLƏNİB 1

Birinci siniflərə sənəd qəbulu davam edir, 10 min şagird qeydiyyatdan keçib - YENİLƏNİB 1

"Hazırda 10 mindən artıq valideyn I sinifə elektron qəbul üçün övladına şəxsi kabinet yaradıb".

Operativ Media xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə deyib.

"6 maya qədər valideynlər şəxs kabinet yarada bilər", - o əlavə edib.

***

13:45

Artıq 4000-dən çox istifadəçi şəxsi kabinet yaradaraq qeydiyyatdan uğurla keçib.

Bu  barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Operativ Media-ya məlumat verilib.

1 may, saat 11:00-dan – valideynlər üçün şəxsi kabinetin yaradılması və qeydiyyat mərhələsi başlayır. 6 may tarixindən – Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mərhələsi aktiv olacaq.

Tətbiq edilən yeniliyə əsasən bu ildən etibarən şəxsi kabinetə giriş “Digital Login” – Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi vasitəsilə həyata keçirilir.

Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibə və seçim:

6–20 may – digər dillərdə tədris olunan bölmələr üzrə I sinfə qəbul üçün müsahibələrə yazılma mərhələsi.

12–31 may – müsahibələrin keçirilməsi.

17 iyun – 12 sentyabr – müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi

Prioritetli məktəblərə qəbul (Bakı, Sumqayıt, Gəncə, Abşeron)

Azərbaycan bölməsi üzrə:

 6 may, saat 11:00 – 5 iyun

Digər dillərdə tədris üzrə:

17 iyun, saat 11:00 – 17 iyul

Bu tarixlərdə prioritetli məktəblərə müraciətlər prioritet əsaslı qəbul olunacaq. Sonradan isə həmin məktəblərə qəbul sərbəst şəkildə həyata keçiriləcək.

Prioritet tətbiq olunan məktəblərin siyahısı müvafiq yerli təhsil idarələri və mektebeqebul.edu.az portalı vasitəsilə açıqlanacaq.

***

09:06

Bu gündən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Operativ Media-ya verilən məlumata görə, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 6-dan iyunun 5-dək prioritetli mərhələdə aparılacaq. Tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə seçim iyunun 17-dən iyulun 17-dək keçiriləcək. Bu müddətdən sonra həmin məktəblərə artıq prioritet statusu olmadan seçim etmək mümkün olacaq.

Qəbul prosesi sentyabrın 12-dək davam edəcək. Digər dillərdə tədris aparılan bölmələr üzrə müsahibəyə qeydiyyat mayın 6-dan 20-dək, müsahibə mərhələsi isə mayın 12-dən 31-dək davam edəcək. Həmin bölmələr üzrə məktəb və müəllim seçimi isə iyunun 17-dən sentyabrın 12-dək həyata keçiriləcək.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik

Teqlər:

"Birinci sinifl\u0259r\u0259 s\u0259n\u0259d q\u0259bulu davam edir 10 min \u015fagird qeydiyyatdan ke\u00e7ib - YEN\u0130L\u018fN\u0130B 1"

Əlaqəli Xəbərlər