Menyu

Xocalı soyqırımı ilə bağlı 210 nəfər itkin düşmüş kimi qeydiyyata alınıb

Xocalı soyqırımı ilə bağlı 210 nəfər itkin düşmüş kimi qeydiyyata alınıb

Bu günə olan məlumata əsasən, Xocalı soyqırımı ilə bağlı Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 210 nəfər qeydiyyata alınıb.

Operativ Media xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, Əsgəran-Xocalı yolunda aşkarlanan meyit qalıqları ilə laboratoriyada eyniləşdirmə işləri aparılacaq:

"Bu günə olan məlumata görə, Xocalı soyqırımı ilə bağlı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi 210 nəfər qeydiyyata alınıb. Onların 38-i uşaq, 42 nəfəri hərbçi, digərləri isə mülki şəxslərdir. Ötən il Xocalıda aşkarlanan 18 nəfərdən 10-nun meyitinin qalıqları ailəsinə təhvil verilib. Digərləri ilə bağlı eyniləşdirmə prosesi davam edir. Bu, Xocalıda aşkarlanan 3-cü kütləvi məzarlıqdır. Bu məzarlıqlar müvafiq qurumlar tərəfindən qeydiyyata alınaraq sənədləşdirilir".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər