Menyu

Belçika telekommunikasiya operatorları Türkiyə və Suriyaya zəngləri pulsuz edib

Nərmin Qocamanlı
Belçika telekommunikasiya operatorları Türkiyə və Suriyaya zəngləri pulsuz edib

Bəzi operatorlar, o cümlədən Belçikanın ən böyük telekommunikasiya şirkəti Proximus, Kahramanmaraşda ümumilikdə 10 vilayətdə baş verən zəlzələlər səbəbindən fevral ayı ərzində ölkədən Türkiyə və Suriyaya zəng və SMS-lərin pulsuz olduğunu bildirib.

"Operativ Media" xəbər verir ki, Proksimusun verdiyi açıqlamaya görə, zəlzələ qurbanları ilə ünsiyyəti asanlaşdırmaq üçün Belçikadan Türkiyə və Suriyaya pulsuz zəng və qısa mesajlar təklif edilməsi qərara alınıb.

Açıqlamada şirkətin zəlzələ qurbanlarına başsağlığı verərkən, fəlakətin dağıdıcı görüntüləri qarşısında Türkiyə və Suriyada dostları və ailələri olanlara dəstək olacağı vurğulanıb.

Zəlzələdən zərər çəkmiş bölgələrdə insanların vəziyyətinin ağırlığına diqqət çəkən açıqlamada bu mərhələdə ailə və dostlarla ünsiyyətin çox vacib olduğu xatırladılıb.

Açıqlamada vurğulanıb ki, Proximus, Scarlet və Mobile Vikings-in bütün müştərilərinə fevral ayı ərzində Belçikadan Türkiyə və Suriyaya pulsuz mobil və sabit zənglər və qısa mesajlar pulsuz təklif edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər