09 Fevral 2023, 16:39
Avropadan Türkiyəyə komanda göndərən ölkələrin sayı 24-ə yüksəlib
Avropadan Türkiyəyə komanda göndərən ölkələrin sayı 24-ə yüksəlib şəkil
Avropadan Türkiyəyə komanda göndərən ölkələrin sayı 24-ə yüksəlib

Kahramanmaraşda baş verən zəlzələlərə görə Avropadan Türkiyəyə axtarış-xilasetmə qrupları və tibbi qruplar göndərən ölkələrin sayı 24-ə yüksəlib.

"Operativ Media" xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasından verilən açıqlamaya görə, mərkəzi Kahramanmaraş olan 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Avropa İttifaqına üzv 21 ölkə və Albaniya, Monteneqro və Serbiyadan 38 qrup Türkiyəyə göndərilib.

Bu qruplarda axtarış-xilasetmə işçiləri və tibb mütəxəssisləri də daxil olmaqla 1650 nəfərin olduğu, 104 axtarış-xilasetmə itinin də qruplara daxil edildiyi bildirilib.

Avropa ölkələrindən gələn qrupların işi nəticəsində indiyədək dağıntılar altından 36 nəfərin xilas edildiyi bildirilib.

Bundan başqa, Aİ-nin Türkiyəyə yardım çərçivəsində indiyədək 500 müvəqqəti yerləşdirmə vahidi, 2000 çadır və 10500 çarpayı göndərmək üçün hərəkətə keçdiyi bildirilib.  

 

Son xəbərlər
"Qalatasaray" "Bodrumspor"u əliboş yola saldı
Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb
18 Aprel 2025, 23:47
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib
Tramp ABŞ-nin Ukrayna üzrə danışıqlar prosesindən çıxa biləcəyini istisna etmir