Menyu

Zelenski: “Silah tədarükü ilə bağlı müsbət qərarlar var”

Zelenski: “Silah tədarükü ilə bağlı müsbət qərarlar var”

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Qərb qırıcılarının Ukraynaya təhvil verilməsi ilə bağlı artıq müəyyən müsbət qərarlar var, lakin Rusiyanın bunlardan xəbəri olmamalıdır.

"Operativ Media" xəbər verir ki, o, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə mətbuat konfransında danışıb.

“Pərdə arxasında qırıcılarla bağlı müəyyən müsbət qərarlar alınıb”, - deyə dövlət başçısı qeyd edib.

Prezident həmçinin bildirib ki, Britaniyaya səfərindən sonra uzaqmənzilli silahların tədarükü məsələsində də irəliləyişlər mövcuddur.

Xatırladaq ki, bundan öncə Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, Ukrayna üçün uzaqmənzilli silahlar və qırıcı təyyarələr məsələsi, görünür, artıq öz həllini tapıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər