09 Fevral 2023, 20:52
Şarl Mişel: "Qarşıdakı həftələr həlledici olacaq"
Şarl Mişel: "Qarşıdakı həftələr həlledici olacaq" şəkil
Şarl Mişel: "Qarşıdakı həftələr həlledici olacaq"

“Avropa İttifaqı yaxın həftələrdə Ukraynaya maksimum yardım göstərməlidir ki, bu da həlledici olacaq”.

"Operativ Media" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Brüsseldə keçirilən və Ukrayna Prezidenti Volodimir Zelenskinin ilk dəfə şəxsən iştirak etdiyi Aİ sammiti çərçivəsində baş tutan mətbuat konfransında deyib.

“Başa düşürük ki, qarşıdakı həftələr və aylar, şübhəsiz ki, həlledici olacaq. Biz Ukraynaya maksimum yardım göstərməyə davam etməliyik”, - o bildirib.

Ş.Mişelin sözlərinə görə, bu yardım həm hərbi, həm maliyyə, həm də siyasi xarakter daşımalıdır: “Bütövlüyünüzü qorumaq üçün lazım olanı almalısınız. Bu, həm artilleriyadır, həm sursatdır, həm də müdafiə sistemləridir”, - o əlavə edib.

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen isə öz növbəsində bildirib ki, Aİ və birliyə üzv ölkələrin Ukraynaya ümumi yardımı artıq 67 milyard avroya çatıb.

Ş.Mişel və U.fon der Lyayen Aİ-nin Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirəcəyini və Moskvaya qarşı 10-cu sanksiyalar paketinin hazırlandığını vurğulayıb.

Son xəbərlər
Fransa və Belçika Baltik dənizində patrul missiyasına qoşulacaq
“Əmək bazarı” işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planı müzakirə olunub
SOCAR: “Neft Daşları” - Dübəndi neft xəttində sızma aradan qaldırılıb
Sabah MSK bələdiyyə seçkilərinə yekun vuracaq
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
Samir Həziyev ADY-nin Yük daşımaları departamentinə rəhbər təyin olunub
"Bank Respublika" SMS bildirişə görə aylıq abunə haqqını 3 manata qaldırıb
Azərbaycanın yeganə kolxozu aqroparka çevrildiyini elan edib