10 Fevral 2023, 06:06
Dünya Bankı Türkiyəyə maliyyə yardımı ayırıb
Dünya Bankı Türkiyəyə maliyyə yardımı  ayırıb şəkil
Dünya Bankı Türkiyəyə maliyyə yardımı ayırıb

Dünya Bankı dağıdıcı zəlzələlərdən sonra Türkiyəyə yardım və bərpa üçün 1,78 milyard dollar ayırmağa qərar verib.

"Operativ Media" xəbər verir ki, bu barədə bankın bəyanatında bildirilib.

"Dünya Bankı Türkiyənin cənub-şərqində və onun ətrafında böyük insan itkisi, xəsarət alma və geniş dağıntılara səbəb olan dağıdıcı zəlzələ və afterşoklardan sonra xilasetmə və bərpa işlərinə 1,78 milyard dollar ayırdığını açıqlayır”, - məlumatda deyilir.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Suriya da daxil olmaqla, ölkənin 10 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Son məlumatlara görə, Türkiyədə 17 mindən çox insan ölüb, 70 mindən çox insan yaralanıb.

Suriyada ölkənin qərbində və şimal-qərbində yerləşən Hələb, Latakiya, Tartus və Həma əyalətlərində də böyük dağıntılar qeydə alınıb. Bu ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək 1,3 mindən çox insan zəlzələnin qurbanı olub, xəsarət alanların sayı isə 2,2 mini ötüb.

Son xəbərlər
Paşinyan Almaniyaya səfər edib
Soçi hava limanı uçuşları dayandırıb
Robert Kennedi ABŞ-nin Səhiyyə və Sosial Xidmətlərinin yeni katibi seçilib
Ərdoğan: İslam dünyası Trampın planlarına icazə verməyəcək
İsrail Ordusu Qəzzaya zərbələr endirib
Çin, Cənubi Koreya və Yaponiyanın xarici işlər nazirlərinin görüşü planlaşdırılır
Vardanyan Azərbaycan diplomatlarına qarşı terror aktları planlaşdırmaqda ittiham edilir
Aİ müşahidə üzvləri Qubadlı ilə sərhəddə Azərbaycan ərazilərini müşahidə etdilər