
Argentina "əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlər səbəbilə Türkiyəyə 28 nəfərlik axtarış-xilasetmə qrupu göndərəcək.
"Operativ Media" xəbər verir ki, Argentina Beynəlxalq Əməkdaşlıq və Humanitar Yardım Agentliyinin bəyanatında Türkiyənin Buenos-Ayres rəsmiləri ilə məsləhətləşmələrdən sonra bəzi müqavilələrin imzalandığı bildirilib.
Xarici işlər naziri Santiaqo Kafieronun sədrliyi ilə Türkiyə rəsmiləri ilə görüşən Milli Təhlükəsizlik Nazirliyi, “Axtarış-xilasetmə işləri üçün ekspert personal və itlərdən ibarət 28 nəfərlik bir qrupun göndərilməsi qərara alındı” deyə qeyd edib.
Axtarış-xilasetmə qrupunun 10 gün Adanada qalacağı bildirilən açıqlamada, Fəlakət və Fövqəladə Halların Rəhbərliyi (AFAD) ilə əməkdaşlıqda çalışacaqları bildirilib.