Menyu

Türkiyədə gənc qadın 96 saat sonra dağıntılar altından sağ çıxarılıb

Nərmin Qocamanlı
Türkiyədə gənc qadın 96 saat sonra dağıntılar altından sağ çıxarılıb

“Əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərdən zərər çəkən Kahramanmaraşda 96 saat sonra dağıntılar altından bir nəfər sağ xilas edilib.

Episentri Pazarcık və Elbistan rayonları olan və 10 vilayəti təsir edən zəlzələlərdən sonra Kahramanmaraşda dağılmış binaların dağıntıları altında axtarış-xilasetmə işləri davam etdirilib.

 UMKE, Polis Axtarış-Xilasetmə və Yıldırım Bələdiyyəsi qrupları işlərini Əli Sezai Əfəndi küçəsindəki 3 mərtəbəli yaşayış binasının dağıntıları üzərində cəmləşdirib.

 Səsi eşidən qruplar dağıntılar üzərində cəmləşərək dağıntılar altında qalan Suriya əsilli Fatma Karuşla (26) əlaqə saxlayıb. Gənc qadın 14 saatlıq işdən sonra xəsarətlərlə dağıntılar altından çıxarılıb.

 Zəlzələdən 96 saat sonra dağıntılar altından çıxarılan qadın təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər