10 Fevral 2023, 19:46
Azərbaycan sahibkarları Pakistanda keçiriləcək sərgiyə dəvət olunub
Azərbaycan sahibkarları Pakistanda keçiriləcək sərgiyə dəvət olunub şəkil
Azərbaycan sahibkarları Pakistanda keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycan sahibkarları fevralın 23-25-də Lahor şəhərində keçiriləcək 2-ci Mühəndislik və Səhiyyə Sərgisinə (2nd Engineering and Healthcare Show – EHCS-2023) dəvət olunub.

"Operativ Media" xəbər verir ki, sərgi Pakistanın Ticarət Nazirliyinin dəstəyi, Ticarətin İnkişafı İdarəsinin təşkilatçılığı ilə keçiriləcək.

Bildirilib ki, builki sərgidə 170-dən çox Pakistan istehsalçısının kənd-təsərrüfatı avadanlığı, avtomobil və avtomobil hissələri, məişət texnikası, təhlükəsizlik avadanlığı, inşaat materialları, kimyəvi maddələr, boyalar, zərgərlik əşyaları və daşlar, qablaşdırma materialları, mebel, idman malları, cərrahi alətlər, əczaçılıq və kosmetik məhsulları təqdim olunacaq.

Xatırladaq ki, 2022-ci ilin fevral ayında Lahor şəhərində keçirilən 1-ci Mühəndislik və Səhiyyə Sərgisində 20-dən çox sahənin məhsulları təqdim olunub, 50-dən çox xarici ölkənin şirkətləri üçün yeni imkanların araşdırılması və əlaqələrin genişləndirilməsi imkanı yaradılıb.

Son xəbərlər
"Qış təlimi - 2025" beynəlxalq təlimləri başa çatıb
Hikmət Hacıyev Pakistan səfirini qəbul edib
Azərbaycan millisinin (U-21) oyunlarının təqvimi müəyyənləşdi
İpoteka kreditlərinə müraciətlərin rəsmi sayı açıqlanıb
İstanbulda saxta içkidən ölənlərin sayı 70-ə çatıb
İsrail nümayəndə heyəti girovlarla bağlı danışıqlar üçün Qətərə gedəcək
Ölkə ərazisində quraşdırılan enerjidoldurma məntəqələrinin sayı açıqlanıb
“Azərişığ”ın işğaldan azad edilmiş ərazilərdə abonentlərinin sayı açıqlanıb