10 Fevral 2023, 20:42
Ukraynada yeddi nazir müavini işdən çıxarılıb
Ukraynada yeddi nazir müavini işdən çıxarılıb şəkil
Ukraynada yeddi nazir müavini işdən çıxarılıb

Ukrayna Nazirlər Kabineti yeddi nazir müavinini vəzifəsindən azad edib. Onlardan beşi daxili işlər nazirinin müavinidir.

"Operativ Media" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk öz Teleqram kanalında məlumat verib.

Qərara əsasən, Meri Akopyan, İqor Bondarenko, Sergey Qonçarov, Bohdan Drapyatı, Yekaterina Pavliçenko daxili işlər nazirinin müavini vəzifəsindən azad ediliblər.

Bundan əlavə, hökumət Denis Kudini Ukrayna iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən, eləcə də Olha Rabiyçuku Turizmin İnkişafı üzrə Dövlət Agentliyinin rəqəmsal inkişaf, rəqəmsal transformasiya və rəqəmsallaşma üzrə müavini vəzifəsindən azad edib.

Son xəbərlər
Ölkə ərazisində quraşdırılan enerjidoldurma məntəqələrinin sayı açıqlanıb
“Azərişığ”ın işğaldan azad edilmiş ərazilərdə abonentlərinin sayı açıqlanıb
Qeyri-sabit hava şəraiti fevralın 10-a kimi davam edəcək
Elm və Təhsil Nazirliyində yeni təyinat olub
Albaniya Prezidenti Azərbaycana səfər edəcək
Sabunçuda ev yanıb
AFFA bəzi liqaların oyunlarını təxirə saldı - SƏBƏB
Buraxılış imtahanlarının keçirilmə qrafiki açıqlanıb