15 May 2025, 23:50
Azərbaycanlı alpinist qadın Everest dağına qalxaraq tarixə düşüb

15 may 2025-ci il tarixində Azərbaycan alpinisti Vafacan Kahraman dünyanın ən yüksək zirvəsi olan Everest dağına (8848 metr) uğurla qalxaraq tarixə düşüb.
Operativ Media xəbər verir ki, o, bu zirvəni fəth edən ilk Azərbaycan vətəndaşı olan qadın kimi qeydə alınıb.
Qeyd edək ki, Everest zirvəsinə ilk dəfə qalxan azərbaycanlı 2023-cü ildə bu uğura imza atan Elmira Aslanova olmuşdur.
O, Gədəbəydən olan azərbaycanlıdır, Ukrayna vətəndaşıdır.