11 Fevral 2023, 23:36
Qəzza zolağından İsrailə raket atılıb
Qəzza zolağından İsrailə raket atılıb şəkil
Qəzza zolağından İsrailə raket atılıb

Bu gün axşam saatlarında Qəzza zolağından İsrailin cənubuna atılan raket “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. 

"Operativ Media" “Times of Israel”ə istinadən xəbər verir ki, raket hücumu zamanı ölkənin cənubunda hava hücumundan müdafiə üçün xəbərdarlıq edən sirenalar səslənib.


Yerli sakinlərin sözlərinə görə, onlar güclü partlayış səsi eşidiblər və hava hücumundan müdafiə raketinin buraxıldığını görüblər.
İsrail müdafiə qüvvələri atılan yeganə raketin “Dəmir günbəz” sistemi tərəfindən vurulduğunu bildirib.


“Times of Israel”in məlumatına görə, hücumdan sonra yerdəki itki və dağıntılar barədə məlumat verilməyib.

Son xəbərlər
Vardanyanın məhkəməsinin növbəti iclası fevralın 17-nə təyin edilib
Müharibə gedişində öldürülən azərbaycanlıların sayı açıqlanıb
İşğal illərində Azərbaycan ekologiyasına 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub
Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirildi
Moldova "Rus Evi"ni bağlayır
Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strategiyası hazırlanıb