Türkiyədə sərnişin avtobusu aşıb, 30 nəfər yaralanıb
Nərmin Qocamanlı
Türkiyədə Ankaradan Sinop istiqamətində hərəkət edən sərnişin avtobusu Kastamonuda sürücünün idarəetməni itirməsi nəticəsində qarşı zolağa keçərək aşıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Qəza nəticəsində 30 nəfər xəsarət alıb.
Hadisə yerinə çox sayda təcili yardım maşınları göndərilib. Sağlamlıq qruplarının ilk müdaxiləsi nəticəsində yaralılar Kastamonu Təhsil və Araşdırma Xəstəxanası başda olmaqla Taşköprü və Kastamonudakı digər xəstəxanalara aparılıb.
Teqlər:
"Türkiyədə sərnişin avtobusu aşıb 30 nəfər yaralanıb"