Koreya Prezidentinin səlahiyyətlərini icra edən Li Cu Ho İlham Əliyevi təbrik edib
Koreya Respublikası Prezidentinin səlahiyyətlərini icra edən, Baş nazirin müavini və təhsil naziri Li Cu Ho Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Ötən illər ərzində ölkələrimiz arasında güclü əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurulmuşdur. Bu münasibətlərin daha da inkişaf edəcəyinə və xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə ümid edirəm.
Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına davamlı rifah arzu edirəm.
Teqlər:
"Koreya Prezidentinin s\u0259lahiyy\u0259tl\u0259rini icra ed\u0259n Li Cu Ho \u0130lham \u018fliyevi t\u0259brik edib"