Ramos Ronaldonu "Monterreyə keçməyə razı salmağa çalışır
Əziz Əzizli
"Monterrey" klublararası dünya çempionatı öncəsi Portuqaliyalı "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonu transfer etməkdə maraqlıdır.
Operativ Media bu haqda jurnalist Nikolo Şiraya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, meksikalı klubun müdafiəçisi, Ronaldonun "Real Madrid"dəki keçmiş komanda yoldaşı Serxio Ramos 40 yaşlı futbolçunu komandaya qatmağa razı salmağa çalışır.
Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. "Monterrey" E qrupunda "İnter", "River Pleyt" və "Urava Red Daymond"la qarşılaşacaq.