Menyu

Daha bir legioner "Şamaxı" ilə vidalaşdı

Əziz Əzizli
Daha bir legioner "Şamaxı" ilə vidalaşdı
1 dəq oxu

"Şamaxı"nın kapitanı Leroy Mikels komandadan ayrılıb.

Operativ Media xəbər verir ki, almaniyalı yarımmüdafiəçi bununla bağlı İnstaqram hesabında paylaşım edib. 30 yaşlı futbolçu komanda ilə vidalaşıb:

“Yaxşı mövsümü arxada buraxdıq. Biz gözlənilməzi etdik. Komanda yoldaşlarıma, məşqçilərə, azarkeşlərə təşəkkür edirəm. Bu komandanın kapitanı olmaq şərəf idi. Tezliklə görüşənədək”.

Qeyd edək ki, Mikels 2024-cü ilin yayından “Şamaxı”da çıxış edirdi. Onun müqaviləsi iyunun 30-na qədər idi. O, "Şamaxı"da ümumilikdə 24 oyuna 5 qol vurub, 4 qol ötürməsi edib.

Əlaqəli Xəbərlər