Menyu

Rəşad Sadıqov: “Süni ot örtükləri futbolumuzdan qaldırılmalıdır”

Əziz Əzizli
Rəşad Sadıqov: “Süni ot örtükləri futbolumuzdan qaldırılmalıdır”

"Azərbaycanın elə bir rayonu yoxdur ki, orada süni ot örtüyünə ehtiyac olsun".

Operativ Media xəbər verir ki, bunu “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov "İdman" TV-də yayımlanan "Sportcast" verilişində çıxışı zamanı deyib.

O, Azərbaycan futbolunda süni ot örtüklərinin istifadəsinə ciddi etirazını bildirib.

Təcrübəli çalışdırıcı yüksək liqa səviyyəsində süni örtüklərin qəbuledilməz olduğunu vurğulayıb:

 "Yüksək liqada süni ot örtüyü olmaz. Hava şəraiti pis olan yerlərdə bəlkə süni ot örtüyü ola bilər. Amma, bizim elə bir rayonumuz yoxdur ki, orada süni ot örtüyünə ehtiyac olsun", – deyə Sadıqov qeyd edib.

O, klubların səviyyəsinin və gördüyü işlərin süni örtüklə ayaqlaşmadığını bildirib:

 “Klublarımız az iş görmür. Legionerlər, seleksiya işləri, təcrübəli futbolçular – bu sahələrdə işlər gedir. Amma stadionlarımız bu səviyyəyə uyğun deyil”.

Sadıqov xüsusilə süni örtüklərdə keçirilən oyunların həm oyun keyfiyyətinə, həm də futbolçuların sağlamlığına mənfi təsir etdiyini deyib:

“Saat 3-də, 4-də, 5-də 20 dərəcə istidə süni ot örtüyündə futbol oynamaq mümkün deyil. Top getmir, zədələr artır, futbolçular motivasiyasını itirir. Süni örtükdə oynamaq həm təhlükəlidir, həm də keyfiyyətsiz futbola səbəb olur”.

Baş məşqçi əlavə edib ki, bəzi stadionlarda işıqlandırma problemi də mövcuddur və bu da peşəkar oyun üçün ciddi maneə yaradır. Sadıqov AFFA-nın da bu istiqamətdə planları olduğunu vurğulayıb:

“Məndə olan məlumata görə, AFFA qarşıya belə bir hədəf qoyub ki, qarşıdakı illərdə süni ot örtüyü olmasın. Bu, futbolumuz üçün vacib addımdır”.

Teqlər:

"R\u0259\u015fad Sad\u0131qov: \u201cS\u00fcni ot \u00f6rt\u00fckl\u0259ri futbolumuzdan qald\u0131r\u0131lmal\u0131d\u0131r\u201d"

Əlaqəli Xəbərlər