Menyu

Zoran Milanoviç İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Nərmin Qocamanlı
Zoran Milanoviç İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Operativ Media xəbər verir ki, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, xalqınıza firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Xorvatiya ilə Azərbaycanı çoxillik əməkdaşlıq və dostluq əlaqələri bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi əlaqələrimizin inkişafı istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Teqlər:

"Zoran Milanovi\u00e7 \u0130lham \u018fliyev\u0259 t\u0259brik m\u0259ktubu \u00fcnvanlay\u0131b"

Əlaqəli Xəbərlər