“Araz-Naxçıvan”ın 2025-2026-cı illər mövsümü ilə bağlı hazırlıq planı dəqiqləşib.
Operativ Media xəbər verir ki, “qırmızı-ağlar” iyunun 14-dən iyulun 2-dək Bakıda məşq edəcək.
Hazırlığın ikinci mərhələsi Türkiyənin Ərzurum şəhərində reallaşdırılacaq. Komanda iyulun 3-də qardaş ölkəyə yola düşəcək. Ayın 17-dək davam edəcək hazırlıq müddətində 4 yoxlama oyunu keçirmək planlaşdırılıb.
Sparrinq-rəqiblər və tarixlər barədə klub tərəfindən əlavə məlumat veriləcək.
Teqlər:
"\"Araz-Nax\u00e7\u0131van\" yay haz\u0131rl\u0131q plan\u0131n\u0131 a\u00e7\u0131qlad\u0131"