Menyu

Raul "Real Madrid"in gənclər komandasından getdi

Əziz Əzizli
Raul "Real Madrid"in gənclər komandasından getdi

"Real Madrid"in əfsanəvi futbolçusu Raul Madrid klubunun gənclər komandasının məşqçisi kimi işini başa vurub.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

47 yaşlı mütəxəssis 2019-cu ildən "Real Madrid"in gənclər komandasında çalışır.

Raul 1992-2010-cu illərdə "Real Madrid"də çıxış edib.O, əsas komanda ilə birlikdə 6 dəfə İspaniya çempionu, 4 dəfə İspaniya kubokunun qalibi, 3 dəfə Çempionlar Liqasının qalibi, UEFA Superkubokunun qalibi və 2 dəfə Qitələrarası Kubokun qalibi olub.

Teqlər:

"Raul \"Real Madrid\"in g\u0259ncl\u0259r komandas\u0131ndan getdi"

Əlaqəli Xəbərlər