Türkiyə Prezidentinin Laçında qarşılama mərasimi olub - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Laçında qarşılama mərasimi olub.
Operativ Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Laçın beynəlxalq aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rəcəb Tayyib Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.
***
11:10
Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfərə gəlib.
Operativ Media xəbər verir ki, Laçın Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qeyd edək ki, bu gün Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvəsinin II iclası keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək.
***
09:51
Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Azərbaycana səfərə yola düşüb.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ərdoğan səfəri zamanı Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək.
Teqlər:
"T\u00fcrkiy\u0259 Prezidentinin La\u00e7\u0131nda qar\u015f\u0131lama m\u0259rasimi olub - YEN\u0130L\u018fN\u0130B"