28 May 2025, 10:15
"Arsenal" ispaniyalı yarımmüdafiəçini transfer etmək istəyir

İspaniyalı yarımmüdafiəçi Martin Zubimendi "Real Sosyedad"dan "Arsenal"a keçə bilər.
Operativ Media xəbər verir ki, bu haqda "Cadena Cope" məlumat yayıb.
Mənbənin məlumatına görə, ingilis klubu artıq 26 yaşlı ispaniyalı ilə müqavilənin şəxsi şərtlərini razılaşdırıb.
Digər yandan baş məşqçi Xabi Alonso "Real Sosyedad"ın əvəzedici komandasında birgə çalışdığı Zubimendini "Real Madrid"ə transfer etmək istəyir.
2024/25 mövsümündə Zubimendi bütün yarışlarda 48 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 60 milyon avro qiymətləndirir.