"Araz-Naxçıvan" iki legioneri ilə müqaviləni yenilədi
Əziz Əzizli
Baş məşqçi Elmar Baxşıyevlə anlaşan “Araz-Naxçıvan” 2 futbolçu ilə yeni müqavilə imzalayıb.
Operativ Media xəbər verir ki, Kristian Avram və İssuf Paro növbəti mövsümdə də Naxçıvan təmsilçisinin formasını geyinəcəklər. Qolkiperlə 1, müdafiəçi ilə 1+1 il müddətinə anlaşma əldə olunub.
Qeyd edək ki, hazırda Moldova millisinin düşərgəsində olan Avram 2023-cü, Paro isə 2024-cü ildən “qırmızı-ağlar”ın heyətində yer alıb.
Teqlər:
"\"Araz-Nax\u00e7\u0131van\" iki legioneri il\u0259 m\u00fcqavil\u0259ni yenil\u0259di"