"İnter" Luis Enrikenin transferi ilə bağlı "Olimpik Marsel" klubu ilə razılığa gəlib.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Bu gün klub prezidentləri Marotta və Longoria arasında aparılan danışıqlar nəticəsində 25 milyon avro dəyərində paket razılaşdırılıb və hazırda ödəniş şərtləri üzərində iş aparılır.
Luis Enrike "İnter" ilə 5 illik müqavilə imzalayacaq. Razılaşma artıq tamamlandığı üçün iyun ayından etibarən Klublararası Dünya Çempionatında iştirak etməyə hazırdır.