Ana səhifə / İdman / "Arsenal" Leroy Saneni transfer etməyə hazırlaşır "Arsenal" Leroy Saneni transfer etməyə hazırlaşır 29.05.2025, 07:56 Əziz Əzizli "Arsenal " "Bavariya "nın yarımmüdafiəçisi Leroy Sane ilə maraqlanır. Operativ Media xəbər verir ki, bu haqda "The Times" məlumat yayıb. Almaniya millisinin üzvü əvvəllər də çıxış etdiyi Premyer Liqaya qayıtmağa hazırdır. "Arsenal" meneceri Mikel Arteta Sane ilə Pep Qvardiolanın " Siti" dəki məşqçilər heyətində çalışıb. 29 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə "Bavariya"nın heyətində bütün turnirlərdə 45 oyun keçirib , 13 qol vurub və 6 məhsuldar ötürmə edib. Sanenin alman klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini 38 milyon avro olaraq qiymətləndirir. Teqlər: "\"Arsenal\" Leroy Saneni transfer etm\u0259y\u0259 haz\u0131rla\u015f\u0131r"