Menyu

Minifutbol üzrə dünya çempionatı: 1/4 final mərhələsi start götürür

Əziz Əzizli
Minifutbol üzrə dünya çempionatı: 1/4 final mərhələsi start götürür
1 dəq oxu

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında bu gün 1/4 final mərhələsinin oyunları baş tutacaq.

Operativ Media xəbər verir ki, yarımfinala vəsiqə qazanmaq üçün 8 komanda Milli Gimnastika Arenasında gücünü sınayacaq. Azərbaycan millisi bu mərhələdə İngiltərə ilə qarşılaşacaq. 

Günün oyun cədvəli belədir:

17:30 – Macarıstan – Mavritaniya

19:00 – Monteneqro – Çexiya

20:30 – İngiltərə – Azərbaycan

22:00 – Bosniya və Herseqovina – Serbiya

Xatırladaq ki, minifutbol üzrə dünya birinciliyinə 1 iyun tarixində yekun vurulacaq. Turnirin final mərhələsinə doğru həyəcan artmaqdadır.

Əlaqəli Xəbərlər