
Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu mayın 29-u cümə axşamı günü mətbuat konfransı keçirərək, klubda bütün səviyyələrdə çoxsaylı dəyişiklikləri rəsmi olaraq elan edəcək.
Operativ Media xəbər verir ki, bu haqda "Marca" nəşri məlumat yayıb.
Bir neçə gün əvvəl gedişinə eyham vuran hücumçu Kriştiano Ronaldonun da gedişi açıqlanacaq .
Mənbənin sözlərinə görə, 40 yaşlı portuqaliyalının karyerasını davam etdirmək üçün müxtəlif variantları var, o cümlədən “Əl-Hilal”a keçərək Səudiyyə Ərəbistanında da qala bilər.
2025-ci il Klublararası Dünya Çempionatında iştirak edəcək klublar üçün xüsusi transfer pəncərəsi 2 iyun bazar ertəsi açılacaq və 10 iyun çərşənbə axşamı bağlanacaq.
2024/25 mövsümündə "Əl Nəsr" 70 xal toplayaraq Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlini 3-cü yerdə başa vurub. Ronaldo 25 qolla turnirin bombardiri olub.
Ronaldo 2023-cü ilin yanvarından "Əl-Nəsr"də çıxış edir. O, bütün turnirlərdə 105 oyun keçirib, 93 qol vurub və 19 məhsuldar ötürmə edib.