29 May 2025, 11:53
"Bavariya" Ta ilə 4 illik müqavilə imzalayıb
"Bavariya" Ta ilə 4 illik müqavilə imzalayıb şəkil
"Bavariya" Ta ilə 4 illik müqavilə imzalayıb

Müdafiəçi Conatan Ta “Bavariya” ilə müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı almanla müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Müdafiəçi münhenlilərə azad agent kimi keçib.

“Bavariya”da olmaqdan çox xoşbəxtəm. Mən burada məsuliyyəti öz üzərimə götürmək və hər gün çox çalışmaq istəyirəm ki, komanda olaraq uğur qazanaq və birlikdə çoxlu kuboklar qazanaq”, – deyə Ta bildirib.

Ta 2015-ci ildən "Bayer"də çıxış edib. O, klubda 402 oyun keçirib, 18 qol vurub və 13 məhsuldar ötürmə edib.

Son xəbərlər
Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb
“Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib
Pakistanda leysan yağışlar 11 nəfərin ölümünə səbəb olub
Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə danışıqlar aparıb
Emin Əmrullayev Ruandanın Türkiyədəki səfiri ilə görüşüb
"Sumqayıt" ilk transferini açıqladı
Rubio və Lavrovun müzakirə etdiyi məsələlər açıqlanıb
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 3,4 milyondan çox sərnişinə xidmət edib