Menyu

Kevin De Bröyne Türkiyə klubunun təklifini qəbul etmədi

Əziz Əzizli
Kevin De Bröyne Türkiyə klubunun təklifini qəbul etmədi

"Mançester Siti" ilə tarixi uğurlara imza atan Kevin De Bröyne klubdan ayrılıb və onun yeni komandası ilə bağlı yayılan xəbərlər diqqət mərkəzindədir.

Belçikalı ulduz futbolçu ilə bağlı maraqlı iddia ortaya atılıb. Bildirilir ki, Kevin De Bröyne "Fənərbağça" ilə də danışıqlar aparıb.

Operativ Media xəbər verir ki, belçikalı jurnalist Sacha Tavolierinin məlumatına görə, İstanbul təmsilçisi De Bröyneyə 2 illik müqavilə qarşılığında 25 milyon avro təklif edib.

Lakin təcrübəli yarımmüdafiəçi bu təklifi qəbul etməyərək "Napoli" ilə razılığa gəlib.

Məlumata görə, 33 yaşlı futbolçunun yaxın günlərdə "Napoli" ilə 3 illik müqavilə imzalayacağı və illik 6 milyon avro məvacib alacağı gözlənilir.

Qeyd edək ki, Kevin De Bröyne ötən mövsüm "Mançester Siti" forması ilə 40 oyunda iştirak edib, 6 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Teqlər:

"Kevin De Br\u00f6yne T\u00fcrkiy\u0259 klubunun t\u0259klifini q\u0259bul etm\u0259di"

Əlaqəli Xəbərlər