Menyu

Azərbaycan Kubokunun final görüşünə satılan bilet sayı açıqlandı

Əziz Əzizli
Azərbaycan Kubokunun final görüşünə satılan bilet sayı açıqlandı
1 dəq oxu

Azərbaycan Kubokunun "Qarabağ" ilə "Sabah" arasında keçiriləcək final oyununa satılan biletlərin sayı açıqlanıb.

Operativ Media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadioununda oynanılacaq matça 5 min ədəd bilet satılıb.

Xatırladaq ki, həlledici görüş mayın 31-də keçiriləcək və saat 19:00-da başlayacaq. Azarkeşlər üçün matçdan 1 saat əvvəl - saat 18:00-da "Darvish Band" qrupunun konsert proqramı təşkil olunacaq.

Əlaqəli Xəbərlər