Menyu

Bakıda stolüstü tennis üzrə ölkə birinciliyi start götürüb

Əziz Əzizli
Bakıda stolüstü tennis üzrə ölkə birinciliyi start götürüb

Bakıda stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib.

Operativ Media xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 13 yaşadək idmançılar bacarıqlarını göstərirlər.

Kütləviliyi ilə seçilən birincilikdə paytaxt təmsilçiləri ilə yanaşı müxtəlif şəhər və rayonların seçmə komandaları, idman klubları, idman məktəblərindən 100-ədək stolüstü tennisçi mübarizəyə qatılıb.

“Şüa” İdman Kompleksində şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçirilən ölkə birinciliyinə mayın 31-də yekun vurulacaq.

Teqlər:

"Bak\u0131da stol\u00fcst\u00fc tennis \u00fczr\u0259 \u00f6lk\u0259 birinciliyi start g\u00f6t\u00fcr\u00fcb"

Əlaqəli Xəbərlər