Ana səhifə / İdman / "Şirvan" II Liqaya yüksəldi "Şirvan" II Liqaya yüksəldi 29.05.2025, 18:44 Əziz Əzizli Azərbaycan II Liqasında pley-off oyunu keçirilib. Operativ Media xəbər verir ki, II Liqanı sonuncu pillədə tamamlayan "Lerik" Region Liqasında 2-ci yeri tutan "Şirvan"la qarşılaşıb. Əsas vaxtı 2-2 hesabı ilə başa çatan matçda "Şirvan" əlavə edilmiş ilk hissədə qol vuraraq 3-2 hesabı ilə qalib gəlib və II Liqaya yüksəlib. Qeyd edək ki, daha öncə Region Liqasının qalibi "Xankəndi" klubu da II Liqaya yüksəlmişdi. Teqlər: "\"\u015eirvan\" II Liqaya y\u00fcks\u0259ldi"