Menyu

Siyasət Əsgərov: "Litva ilə oyunda yalnız qələbə haqda düşünürük"

Əziz Əzizli
Siyasət Əsgərov: "Litva ilə oyunda yalnız qələbə haqda düşünürük"

Azərbaycan qadın futbolçulardan ibarət milli komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsində Litva yığmasına qarşı keçiriləcək qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

Operativ Media xəbər verir ki, təcrübəli mütəxəssis matçın əhəmiyyətindən danışaraq, qalib gəlməyin vacibliyini vurğulayıb:

“Sabah çox önəmli matça çıxacağıq. Son oyunlar öncəsi Monteneqro ilə qrup birinciliyi uğrunda mübarizə aparırıq. Mütləq qalib gəlməliyik. Bunu çox qol vuraraq əldə etsək, işimizə daha çox yarayar”, – deyə Əsgərov bildirib.

Baş məşqçi həmçinin qeyd edib ki, Litva yığması Azərbaycanla oyundan sonra Monteneqro ilə qarşılaşacaq və bu, rəqibə əlavə üstünlük verə bilər:

“Monteneqro son görüşdə onlara hansı nəticənin sərf edəcəyini bilərək meydana çıxacaq. Bu məqam onlara üstünlük gətirə bilər. Buna görə də, mümkün qədər çox qol vuraraq qələbə qazanmağa çalışacağıq”.

Əsgərov komandanın oyuna tam hazır olduğunu, futbolçuların matçın önəmini dərk etdiklərini qeyd edib və azarkeşlərə çağırış ünvanlayıb:

“Fürsətdən istifadə edərək, azarkeşləri tribunalara dəvət edirəm. Bakıda çıxış edəcəyik və bu, bizim üçün çox vacib qarşılaşmadır. Azarkeş amili böyük rol oynaya bilər. Onların dəstəyi çox vacibdir. Azarkeşləri sabah tribunalarda görmək qızlara əlavə motivasiya verər”.

Qeyd edək ki, Azərbaycan – Litva oyunu mayın 30-da Bayıl stadionunda, saat 18:00-da start götürəcək.

Teqlər:

"Siyas\u0259t \u018fsg\u0259rov: \"Litva il\u0259 oyunda yaln\u0131z q\u0259l\u0259b\u0259 haqda d\u00fc\u015f\u00fcn\u00fcr\u00fck\""

Əlaqəli Xəbərlər