Menyu

Qvardiola Kloppun keçmiş köməkçisi ilə maraqlanır

Əziz Əzizli
Qvardiola Kloppun keçmiş köməkçisi ilə maraqlanır

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola hollandiyalı mütəxəssis Pepiyn Lijndersi məşqçilər korpusuna dəvət etmək istəyir.

Operativ Media xəbər verir ki, bu haqda "The Times" məlumat yayıb.

Mənbə iddia edir ki, "Siti"nin məşqçilər korpusunda əsaslı dəyişiklik planlaşdırılır və əsas hədəflərdən biri əvvəllər "Liverpul"da Yurgen Kloppun köməkçisi olmuş Pepijn Lijndersin gəlişidir.

Lijnders 2024-cü ilin yayında Kloppla birlikdə "Liverpul"dan ayrılıb. Daha sonra o, Avstriyanın "Red Bull Zalsburq" klubunda çalışıb, lakin həmin ilin dekabrında qovulub. 42 yaşlı məşqçi hazırda işsizdir.

Teqlər:

"Qvardiola Kloppun ke\u00e7mi\u015f k\u00f6m\u0259k\u00e7isi il\u0259 maraqlan\u0131r"

Əlaqəli Xəbərlər