Menyu

"Araz-Naxçıvan" müdafiəçisi ilə müqaviləni uzatdı

Əziz Əzizli
"Araz-Naxçıvan" müdafiəçisi ilə müqaviləni uzatdı

Azərbaycan Premyer Liqasının 2024-2025-ci illər mövsümünü 3-cü pillədə başa vuran və UEFA Konfrans Liqasında ölkəmizi təmsil etmək hüququ qazanan “Araz-Naxçıvan” “bürünc” heyəti qorumaq məqsədi ilə daha bir futbolçu ilə başa çatan müqaviləni yeniləyib.

Operativ Media xəbər verir ki, Ömər Buludov növbəti mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək. Cinah müdafiəçisi ilə anlaşma 1 il müddətini əhatə edəcək. 

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, qapıçılar Kristian Avram və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalanıb.

Teqlər:

"\"Araz-Nax\u00e7\u0131van\" m\u00fcdafi\u0259\u00e7isi il\u0259 m\u00fcqavil\u0259ni uzatd\u0131"

Əlaqəli Xəbərlər