Menyu

Nunez "Liverpul"dan "Ateltiko Madrid"ə keçmək istəyir

Əziz Əzizli
Nunez "Liverpul"dan "Ateltiko Madrid"ə  keçmək istəyir

"Liverpul"un hücumçusu Darvin Nunez "Atletiko Madrid"lə şifahi razılığa gəlib.

Operativ Media xəbər verir ki, bu haqda "Topskills Sports UK" məlumat yayıb.

Mənbənin qeyd etdiyi kimi, 25 yaşlı futbolçu "Mançester Yunayted" və "Napoli"nin marağına baxmayaraq, yalnız İspaniya təmsilçisində oynamaq istəyir. "Liverpul" Nunesin transferi ilə bağlı "Atletiko Madrid"lə danışıqlar aparır və futbolçunun satışından 77-95 milyon avro əldə etmək istəyir.

Nunez 2022-ci ildən "Liverpul"da çıxış edir. Ötən mövsüm o, komandanın heyətində bütün turnirlərdə 47 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib. Uruqvaylının ingilis klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Teqlər:

"Nunez \"Liverpul\"dan \"Ateltiko Madrid\"\u0259 ke\u00e7m\u0259k ist\u0259yir"

Əlaqəli Xəbərlər