"Araz-Naxçıvan" daha iki futbolçusu ilə müqavilə yenilədi
Əziz Əzizli
“Araz-Naxçıvan” daha 2 futbolçu ilə yeni müqavilə imzalayıb.
Operativ Media xəbər verir ki, Ürfan Abbasov və Ülvü İsgəndərov 2025-2026-cı illər mövsümünün sonuna qədər “qırmızı-ağlar”ın uğuru üçün çalışacaq. Hər iki futbolçu ilə anlaşma 1 illikdir.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, qapıçılar Kristian Avram və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalanıb.
Teqlər:
"\"Araz-Nax\u00e7\u0131van\" daha iki futbol\u00e7usu il\u0259 m\u00fcqavil\u0259 yenil\u0259di"