Menyu

Azərbaycan idmançısı Cənubi Qafqazda ilkə imza atdı

Əziz Əzizli
Azərbaycan idmançısı Cənubi Qafqazda ilkə imza atdı

Azərbaycanlı idmançı Boris Nəcəfov Cəbəllütariq boğazını xüsusi neopren geyim olmadan üzərək fəth edən ilk azərbaycanlı kimi tarixə düşüb.

Operativ Media xəbər verir ki, bu uğura imza atmaq üçün ona cəmi 5 saat 1 dəqiqə kifayət edib. Sözgedən müddət ərzində idmançı 15,2 kilometr məsafəni qət edib.

Boris Nəcəfov təkcə Azərbaycanı deyil, eyni zamanda bütün Cənubi Qafqaz regionunu bu nailiyyətlə təmsil edən ilk və yeganə üzgüçüdür.

Qeyd edək ki, Cəbəllütariq boğazında üzgüçülük "Yeddi Okean" adlı klassik marafon seriyasının bir hissəsi hesab olunur. Artıq 100 ilə yaxındır ki, boğazı uğurla keçən idmançıların adları xüsusi reyestrə daxil edilir. İndiyədək bu çətin marafonu cəmi 1800 nəfər üzgüçü başa vura bilib.

Teqlər:

"Az\u0259rbaycan idman\u00e7\u0131s\u0131 C\u0259nubi Qafqazda ilk\u0259 imza atd\u0131"

Əlaqəli Xəbərlər