30 May 2025, 17:43
"Ayaks" yeni baş məşqçisi ilə razılığa gəldi

"Ayaks" Con Heytinqa ilə şərtləri razılaşdırıb və iki illik müqavilə ilə yeni baş məşqçi təyin edib.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Hazırda Arne Slotun məşqçilər korpusunda çalışan 41 yaşlı hollandiyalı mütəxəssis Amsterdam komandası ilə danışıqlar aparmaq üçün ingilis klubundan icazə alıb. Heytinqa daha əvvəl 2023-cü ildə "Ayaks"ı çalışdırıb.
“Ayaks” rəhbərliyi əvvəlcə komandaya 2017-2022-ci illərdə rəhbərlik etmiş Erik ten Haqı geri qaytarmağı planlaşdırsa da, hollandiyalı baş məşqçi “Bayer”ə getməyə üstünlük verib.
Ötən mövsüm Amsterdam klubu Erediviziyada ikinci yeri tutaraq Çempionlar Liqasının 2025/26 mövsümünün qrup mərhələsində iştirakını təmin edib.