Menyu

Azərbaycanın iki güləşçisi Dünya Seriyasının 2-ci mərhələsində güclərini sınayacaq

Əziz Əzizli
Azərbaycanın iki güləşçisi Dünya Seriyasının 2-ci mərhələsində güclərini sınayacaq
1 dəq oxu

Həftəsonu Xorvatiyanın Poreç şəhərində Dünya Seriyasının 2-ci mərhələsi keçiriləcək.

Operativ Media xəbər verir ki, iki gün davam edəcək yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında bu növdə 3 qat dünya çempionu olmuş İbrahim Yusubovla (90 kq) yanaşı, debütant Vüsal Əliyev (80 kq) çıxış edəcək.

Mayın 31-i qrup mərhələsinin görüşləri keçiriləcək. Həlledici qarşılaşmalar iyunun 1-i baş tutacaq. Görüşlər Bakı vaxtı ilə 12:00-da başlayacaq.

Xatırladaq ki, Dünya Seriyası 5 mərhələdən ibarətdir. Yekunda bütün mərhələlər üzrə ən çox xal toplayan güləşçilər dünya çempionu ünvanına sahib çıxacaq.

Əlaqəli Xəbərlər