Menyu

Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisinin finaldakı rəqibi bilindi

Əziz Əzizli
Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisinin finaldakı rəqibi bilindi
1 dəq oxu

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında digər finalçının adına aydınlıq gəlib.

Operativ Media xəbər verir ki, yarımfinal görüşündə Macarıstan və Serbiya milliləri üz-üzə gəliblər.

Əsas vaxtı 0-0 hesabı ilə başa çatan oyunda Macarıstan millisi penaltilərdə üstün olub və finala yüksəlib.

Qeyd edək ki, iyunun 1-də baş tutacaq final görüşündə Azərbaycan və Macarıstan milliləri qarşılaşacaqlar.

Əlaqəli Xəbərlər