Menyu

“OBA”dan "Uşaqlar gülsün deyə" sosial layihəsi - FOTO - VİDEO

“OBA”dan "Uşaqlar gülsün deyə" sosial layihəsi - FOTO - VİDEO

Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən "OBA" marketlər şəbəkəsi Azərbaycan Uşaq Fonduyla bərabər "Uşaqlar gülsün deyə" sosial məsuliyyət layihəsi ilə uşaqları sevindirib.

Operativ Media xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi 1 İyun  Uşaqların Beynəlxalq Müdafiəsi Gününü “Orvita” Psixologiya və Reabilitasiya Mərkəzi ilə birlikdə qeyd edib. 

"OBA" marketlər şəbəkəsi uşaqlara müəyyən ərzaqlar,  rəngləmə dəstləri təqdim etməklə yanaşı, onlarla maraqlı və yaddaqalan bir gün keçirib. Həmçinin, şirkət əməkdaşları uşaqlarla birgə oyunlar oynayaraq, musiqi və rəqs dolu əyləncəli anlar yaşayıblar. Layihənin məqsədi autizm spektrlı uşaqların sosial inteqrasiyasına dəstək göstərmək, özəl gün münasibətilə sevinc dolu mühit yaradaraq bu günün xoş xatirəyə çevrilməsinə səbəb olmaqdır. 

Qeyd edək ki,  “OBA” marketlər şəbəkəsi korporativ sosial məsuliyyət layihələrinin davamlılığını təmin etməyə hər zaman önəm verir, belə layihələri mütəmadi olaraq paytaxt və regionlarda təşkil edir.

Teqlər:

"\u201cOBA\u201ddan \"U\u015faqlar g\u00fcls\u00fcn dey\u0259\" sosial layih\u0259si - FOTO - V\u0130DEO"

Əlaqəli Xəbərlər