Menyu

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib - YENİLƏNİB

Nərmin Qocamanlı
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib - YENİLƏNİB

İyunun 1-də Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türkdilli xalqların məktəbliləri arasında “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib.

Operativ Media xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası və Macarıstandan 300 nəfərə yaxın məktəbli ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edib.

Türkdilli xalqların birliyini əks etdirən festivalda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, elm və təhsil ictimaiyyətinin nümayəndələri,  həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri, məktəblilər, şəhid övladları iştirak ediblər. 

Qeyd edək ki, bu il 3-cü dəfə keçirilən beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli xalqlardan olan uşaqları bir-birinin milli adət-ənənələri ilə tanış etmək, uşaqlar arasında dostluq, qardaşlıq, qarşılıqlı əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, onlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini iştirakçılara tanıtmaqdır.

***

11:34

Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türkdilli xalqların məktəbliləri arasında “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir.

Operativ Media xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası və Macarıstandan 300 nəfərə yaxın məktəbli ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edir.

Teqlər:

"\u015eu\u015fada beyn\u0259lxalq u\u015faq yarad\u0131c\u0131l\u0131q festival\u0131 ke\u00e7irilib - YEN\u0130L\u018fN\u0130B"

Fotogalereya

Əlaqəli Xəbərlər