01 İyun 2025, 21:23
ABŞ səfirliyi Azərbaycan mini futbol komandasını təbrik edib
ABŞ səfirliyi Azərbaycan mini futbol komandasını təbrik edib şəkil
ABŞ səfirliyi Azərbaycan mini futbol komandasını təbrik edib

ABŞ-nin Bakıdakı səfirliyi Azərbaycanın mini futbol üzrə milli komandasını dünya çempionatında qazandığı tarixi qələbə münasibətilə təbrik edib.

Operativ Media xəbər verir ki, təbrik mesajı Səfirliyin rəsmi X hesabında paylaşılaraq, komandaya uğurlar arzulanıb.

Paylaşımda bildirilib:

"Azərbaycanın Mini Futbol üzrə Milli Komandasını tarixdə ilk dəfə olaraq Mini Futbol üzrə Dünya Çempionatının qalibi olması münasibətilə təbrik edirik!"

Qeyd edək ki, Azərbaycanın minifutbol üzrə milli komandası final oyununda Macarıstan millisini məğlub edərək dünya çempionatının qalibi olub.

4-2 hesabı ilə qalib gələn Azərbaycan millisi qızıl medallara yiyələnib.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb