Ana səhifə / İdman / "Barselona" Parteyi transfer edə bilər "Barselona" Parteyi transfer edə bilər 02.06.2025, 05:30 Əziz Əzizli "Arsenal"ın yarımmüdafiəçisi Tomas Partey karyerasını İspaniyada davam etdirə bilər. Operativ Media xəbər verir ki, bu haqda "The Sun" nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, 31 yaşlı qanalı ilə "Barselona" maraqlanır. Kataloniyalılar futbolçu ilə mümkün transfer barədə danışıqlar aparır. Ötən mövsüm Partey 52 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun London klubu ilə müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. Teqlər: "\"Barselona\" Parteyi transfer ed\u0259 bil\u0259r"